Qırğızıstanlı deputat: “Xalq seçirsə, biz buna nə isə deyə bilmərik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Seçkidə heç bir qanun pozuntusu olmadı”.

Xeber-ps.com xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasında iştirak edən Qırğızıstanın deputatı Tınçtık Şahnazarov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində aparılan monitorinqin yekunlarına dair brifinqə deyib.

O, seçkinin şəffaflığından bəhs edib:

“Tam səmimiyyətimlə deyirəm ki, Azərbaycanda prezident seçkisi heç bir qanun pozuntusu olmadan keçirilib. Dövlətin güvəndiyi yer xalqdır. Xalq seçirsə, biz buna nə isə deyə bilmərik. Bizim müşahidələrimiz də xalqın rəyinə əsasəndir”.

Nəzrin Vahid

0.12417411804199