Məzahir Pənahov bir sıra ölkələrin Mərkəzi Seçki komissiyalarının nümayəndələri ilə görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Rusiya, Serbiya, Qırğızıstan, Belarus və Bolqarıstan MSK-larının nümayəndələri ilə görüşüb.

Xeber-ps.com xəbər verir ki, MSK-nın sədri qonaqları seçki prosesi barədə məlumatlandırıb.

Bildirilib ki, ilk dəfədir, seçki bütöv Azərbaycan ərazisində keçirilir. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğu və seçki məntəqələrində bütün lazımi şəraitin yaradıldığı diqqətə çatdırılıb.

M.Pənahov qeyd edib ki, seçki ilə əlaqədar ümumilikdə 6 537 məntəqə yaradılıb.

MSK rəhbəri, həmçinin, seçkidə yeddi namizədin iştirak etdiyini, onlardan beşinin siyasi partiya təmsilçisi olduğunu xatırladıb. Deyib ki, seçkini izləmək üçün 90 mindən çox müşahidəçi qeydə alınıb.

Nümayəndə heyətinin üzvləri öz növbələrində seçki prosesini izləməyə dəvətə görə təşəkkürlərini bildiriblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

0.16944813728333