Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
Xeber-ps.com xəbər verir ki, seçki prosesinin başladığı ilk dəqiqələrdən 122 saylı Xankəndi seçki dairəsinin Bakının Nizami rayonunda yerləşən 1 saylı seçki məntəqəsində aktivlik müşahidə edilir.
Məntəqə sədri Hicran Allahverdiyeva bildirib ki, hazırda səhər saatları olmasına baxmayaraq, 150-ə yaxın seçici səsvermədə iştirak edib.
Məntəqədə səsvermənin gedişini qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və prezidentliyə namizədlərin nümayəndələri ilə yanaşı, xarici müşahidəçilər də izləyirlər.
Qeyd edək ki, bu seçki məntəqəsində 596 seçici qeydiyyata alınıb.
Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var. Xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.