Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
“Report”un Naxçıvan bürosu xəbər verir ki, saat 08:00-da muxtar respublikada 6 dairə üzrə 310 seçki məntəqəsi açılıb.
Sakinlər saat 19:00-a qədər səsvermədə iştirak edə biləcəklər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 278 mindən çox seçici qeydiyyata alınıb. İlk dəfə səs verəcək şəxslərin sayı 17 514 nəfər, səsvermə günü daxil olmaqla 18 yaşı tamamlamış şəxslərin sayı 525 nəfər, yaşı 100-dən çox olan seçicilərin sayı isə 5 nəfərdir.