“Sabah Azərbaycan xalqı üçün əlamətdar gündür. Çünki bu seçki Azərbaycanın suveren, müstəqil, ərazi bütövlüyünü tam bərpa etdiyi dövrdə ilk prezident seçkisi olacaq”.
Xeber-ps.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, seçki günü müstəqil Azərbaycanın bütün ərazilərində səsvermə keçiriləcək:
“İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. 6 milyon 478 mindən çox seçicimiz 6 mindən çox seçki məntəqəsində səs verəcəklər. Seçki məntəqələrinin hər biri beynəlxalq standartlara uyğun təşkil edilib.
Ümumilikdə 90 372 müşahidəçi qeydiyyatdan keçib və onların 790 nəfəri beynəlxalq müşahidəçidir”.
Könül Cəfərli