Çinli təqaüdçü dünyanın ən yaşlı videoblogeri olub.
İnternetdə “Yanq baba” (Grandpa Yang) kimi tanınan 88 yaşlı Yanq Binqlin dünyanın ən yaşlı videoblogeri kimi Ginnesin Rekordlar Kitabına düşüb. Təqaüdçünün sosial şəbəkələrdə onun yeniliklərini izləyən 280 minə yaxın izləyicisi var.
Kişi 1998-ci ildə təqaüdə çıxandan sonra video oyunlarla məşğul olmağa başladığını söyləyib. O vaxtdan bəri o, gündə üç saatdan altı saata qədər vaxtını sevimli hobbisinə həsr edir.
Yanın həyat yoldaşı onun hobbisini dəstəkləyir, hətta bəzən onunla oynayır. Bundan əlavə, Binqlin nəvələrini və digər ailə üzvlərini videooyun dünyası ilə tanış edib.
Çinli rekordçu olmasına və şəxsiyyətinə daha çox diqqət çəkməsinə şaddır.
“Bədənim oynaya bildiyi müddətcə, mən həmişə oynayacağam”, - o bildirib.
Mənbə: upi.com