Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari ilə görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında humanitar sahədə əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.