“Mənim səsim” Seçki Monitorinq Koalisiyası  prezidentliyə namizədi Fuad Əliyevlə görüşüb

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası  prezidentliyə namizədi Fuad Əliyevlə görüşüb.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyasını, insan haqları müdafiəçisi Novella Cəfəroğlu, Koalisiya üzvü Səadət Bənənyarlı professor Əhməd Qəşəmoğlu və fəlsəfə doktoru, politoloq Adəm İsmayıl təmsil edib.

Görüşün əsas məqsədi prezidentliyə namizəd Fuad Əliyevin hazırlığı ilə tanış olmaq, namizədin proseslə bağlı fikirlərini öyrənmək olub. 

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası 7 fevral prezident seçkisinin monitorinqi məqsədilə yaradılıb. Bütün mərhələlərlə bağlı təhlillər aparan Koalisiya proses başa çatdıqdan sonra müşahidələri seçki prosesinin təkmilləşdirilməsi üzrə elmi araşdırmaya çevirmək niyyətindədir. Koalisiyanın tərkibi bunlar nəzərə alınaraq formalaşdırılıb. Ölkənin tanınan sosioloqları, politoloqları prosesə cəlb edilib.

0.82583904266357