İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “Coursera” şirkətinin baş icraçı direktoru Cef Maggionkalda ilə görüşüb.
O, bu barədə öz “X” hesabında paylaşım edib.
“Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində qlobal tərəfdaşlarla birgə fəaliyyətin təşviqi ölkəmizin innovativ ekosisteminin inkişafına töhfələr verir. Davos İqtisadi Forumu zamanı “Coursera” şirkətinin baş icraçı direktoru Cef Maggionkalda ilə şirkətlə əməkdaşlıq çərçivəsində ölkəmizdə reallaşdırılan “4Sİ Akademiyası” layihəsinin icrası, sürətli rəqəmsallaşma prosesinin əmək bazarına təsiri və potensial tərəfdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük”, - deyə nazir qeyd edib.
Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində qlobal tərəfdaşlarla birgə fəaliyyətin təşviqi ölkəmizin innovativ #ekosistem-inin inkişafına töhfələr verir. Davos İqtisadi Forumu (@wef) zamanı "Coursera" (@coursera) şirkətinin baş icraçı direktoru Cef Maggionkalda ilə… pic.twitter.com/brfR6R4xZy
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 19, 2024
12:03
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Faysal Əlibrahim ilə görüşüb.
O, bu barədə öz “X” hesabında paylaşım edib.
“Görüşdə ikitərəfli iqtisadi əlaqələrimizin gündəliyində olan məsələləri, ticarətin şaxələndirilməsini və qarşılıqlı investisiyaların təşviqini nəzərdən keçirdik”, - nazir bildirib.
Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Faysal Əlibrahim (@falibrahim) ilə Davos İqtisadi Forumu (@wef) çərçivəsində keçirdiyimiz görüşdə ikitərəfli #iqtisadi əlaqələrimizin gündəliyində olan məsələləri, ticarətin şaxələndirilməsini və qarşılıqlı… pic.twitter.com/kdztVldc4s
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 19, 2024
10:08
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.
O, bu barədə öz “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə COP29-un səmərəli təşkili istiqamətində birgə fəaliyyətimiz və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində #BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının (@UNFCCC) icraçı katibi Saymon Stil (@simonstiell) ilə görüşdə #COP29-un (@COP29_AZ) səmərəli təşkili istiqamətində birgə fəaliyyətimiz və əməkdaşlıq imkanları ətrafında fikir…
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 19, 2024