Xəzər Teyyublu: Görüşlərdə insanları dinləyir, problemləri ilə maraqlanırıq

“Seçki kampaniyamız davam edir. Təbliğat-təşviqat, seçicilərlə görüş zamanı hər hansı müdaxilə, süni problem olmayıb. Seçicilərlə görüşlər üçün hava şəraiti nəzərə alınaraq, qapalı yerlər ayrılıb. Düşünürəm ki, normal bir proses gedir”.

Bu sözləri prezidentliyə namizəd Fuad Əliyevin “Vətəndaş birliyi” seçki qərargahının rəhbəri Xəzər Teyyublu Tribunainfo.az-a söyləyib.

Onun sözlərinə görə, seçki günü hər bir vətəndaş seçki məntəqəsinə gələrək səsinə sahib çıxmalıdır. X.Teyyublu hesab edir ki, bu seçki ilk dəfə bütün Azərbaycanda, azad edilən ərazilərdə, Xankəndidə keçiriləcək:

“Biz seçicilərlə görüşləri davam etdiririk. İnanırıq ki, yaxşı bir kampaniya təşkil edə bilmişik. İnsanlar gəlib səs versinlər. Görüşlərdə də çağırış edirik ki, səsverməyə gəlməkdən imtina etməyin. Eyni zamanda, görüşlərdə insanları dinləyir, problemləri ilə maraqlanırıq. Təbii ki, ölkədə xeyli sosial məsələlər var və həllini gözləməkdədir”.

3.2748129367828