Rusiyaya yollanan iki tanker Türkiyədə yedəyə alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Sahil Mühafizəsinin yedək gəmiləri Rusiyaya gedərkən Egey dənizində ilişib qalan iki tankerə yardım göstərib.

Bu barədə “RİA Novosti” ölkənin Sahil Mühafizəsinin Baş İdarəsindəki mənbəyə istinadən məlumat yayıb.

Belə ki, Malta bayrağı altında Novorossiysk (Rusiya) limanına üzən 184 metrlik “Sundoro” tankerinin mühərrikində nasazlıq yaranıb. Gəmi yedəklə Şevketiye lövbərinə aparılıb, orada mütəxəssislər tərəfindən yoxlanacaq.

İspaniyadan Rusiyaya yollanan və uzunluğu 185 metr olan ikinci tanker “Elijah” eyni problemlə əlaqədar Gökçeada yaxınlığında Çanaqqala boğazında (Dardanel) ilişib.

Agentliyin mənbəsinin sözlərinə görə, o, Panama bayrağını dalğalandırıb. Gəmi təhlükəsiz şəkildə Bozcaada estakadasına aparılıb. Hadisənin digər gəmilərin hərəkətinə təsir etmədiyi vurğulanıb.

0.067049980163574