Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, Azərbaycanda 2021-ci ildə real ümumi daxili məhsulun həcmi 2 faiz artacaq.
İstehlak qiymətləri indeksinin isə 2020-ci ilin sonunda 3 faiz, 2021-ci ildə isə 3,1 faiz olacağı gözlənilir.
Hesabata əsasən, 2020-ci il üzrə işsizlik səviyyəsinin ölkədə 6,5 faiz olacağı, 2021-ci ildə isə 5,8 faizə enəcəyi proqnozlaşdırılıb.
Qeyd edək ki, Fondun 2025-ci il üzrə Azərbaycanda ümumi daxili məhsulun həcmi üçün müəyyən etdiyi proqnoz 1,7 faizi təşkil edib.