Kompüter, elektron vә optik mәhsulların, elektrik avadanlıqlarının istehsalı sahәlәrindә 159,3 milyon manatlıq mәhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, әvvәlki ilin yanvar-sentyabr ayları ilә müqayisәdә, kompüter, elektron vә optik mәhsulların istehsalı 39,7 faiz artıb, elektrik avadanlıqların istehsalı isә 9,6 faiz azalıb.
Dövr әrzindә әvvәlki ilin yanvar-sentyabr ayları ilә müqayisәdә, 1000 V-dәk gәrginlik üçün hesablanmış elektrik cәrәyanı naqillәrinin istehsalı iki dәfә, avtomatik tәnzimlәmә vә idarәetmә üçün cihaz vә aparatların istehsalı 2,2 dәfә artıb.