Kiçik və orta sahibkarlık layihələrinin maliyyələşdirilməsi qaydası təsdiq edilib - RƏSMİ

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”nı təsdiq edib.

Nazirlər Kabinetinin qərarına əsasən, bu qaydalar mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirmənin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydasını müəyyən edir. 

Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi KOBİA tərəfindən keçirilən müsabiqələr yolu ilə müəyyən edilir.

0.54439210891724