Keçmiş məhkum narkotiklə saxlandı

Bakıda keçmiş məhkum narkotiklə saxlanıldı.

Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb. 

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunan T.Məlikov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 67 qramdan artıq heroin və 19 ədəd “Tramadol” həbi aşkar edilərək götürülüb.

0.27561187744141