Maştağa sakini odlu silahla tutuldu - VİDEO

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bölməyə əvvəllər məhkum olunmuş, paytaxt sakini Eldar Babayevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. 

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Maştağa qəsəbəsi ərazisində tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. 

Faktla bağlı saxlanılan şəxs barəsində 14-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Eldar Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

0.34175205230713