Bakıda 42 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Əmircan qəsəbəsində 1979-cu il təvəllüdlü Yusubov Samir Sabir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

0.32118105888367