Dinarə Məmmədova: Sən nə danışırsan, ay Araik!

Xəstə düşüncəli adamın sərsəmləmələri

Vətən müharibəsinin ilk günündən çox iddialı olan, sonra məğlubiyyəti qəbul edən və müharibəni Paşinyandan dayandırılmasını yalvaran Araik Arutyunyan gah siyasətdən getdiyini, gah qondarma “dqr”ə yeni “təyinatlar” edir. Görəsən bu özü nə etdiyini başa düşür? 10 noyabr 2020-ci il tarixində üç ölkə rəhbərliyin imzaladığı Bəyanatda hər şey aydın yazılıb. Bəyanatda nə status haqqında, nə də ki, hansısa bir qurum haqında bir söz deyilir. Xankəndində o qondarma “bayrağı”, o əskini endiriblər. Bu gün, sabah Azərbaycan bayrağı Xankəndində yüksələcək. Sən nə danışırsan, ay Araik! Nə vəzifəyə təyin etmək?! Camaatı niyə zibilə salırsan? Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən, sənə bir neçə maddələrlə cinayət işi başlanılıb. İndi özün batırsan, onları da özü ilə aparırsan? Sənin azadlıqda olmağa çox az vaxt qalıb. Sən məsuliyyətə cəlb olunacaqsan. Bu məsuliyyət Araik Arutyunyan, sən və digər vəzifəli şəxsləri ilə yanaşı onlara qədər Azərbaycan Respublikasına, Azərbaycan vətəndaşlarına qarşı cinayət törətmiş şəxslərə də aiddir. Cinayət törətmiş, əli azərbaycanlıların qanına batmış, istənilən erməni beynəlxalq məsuliyyətə cəlb ediləcək. Azərbaycan xalqı səni və sənin kimiləri bağışlamayacaq. Azərbaycan vətəndaşlığını qəbul etsə belə...

Dinarə Məmmədova

ALDP sədrinin müşaviri

0.095463037490845