Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının iclasının İrəvanda keçirilməyəcəyini bildirib, çünki onun keçirilməsini yersiz hesab edib.
Xeber-ps.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Şəxsən mən sammitin Ermənistanda keçirilməsini qeyri-münasib hesab edirəm, çünki Aİİ-nin Ali İqtisadi Şurasının heç də bütün üzvləri Ermənistan üçün arzuolunan deyil", - o bildirib.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, dekabrın 25-də Aİİ-yə sədrlik edən Ermənistanın xahişi ilə Rusiya ərazisində - Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. İclasa Paşinyan sədrlik edəcək.