UEFA Estoniya Futbol Assosiasiyasını Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələdi

UEFA Estoniya Futbol Assosiasiyasını azarkeşlərin Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələyib.

"Report"un məlumatına görə, buna oktyabrın 11-də Millətlər Liqasında keçirilmiş Estoniya - Azərbaycan matçında fanatların meydana yad əşyalar atması səbəb olub.

Qurum buna görə Estoniya Futbol Assosiasiyası 4875 avro ziyana düşüb.

Qeyd edək ki, oktyabrın 11-də Tallin şəhərində keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

0.095321178436279