"Ermənistanın təhlükəsizliyini yalnız KTMT təmin edə bilər".
Xeber-ps.com xəbər verir ki, bunu NEWS.ru-ya müsahibəsində Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Ermənistanın baş naziri Nikol Paşinyanın təşkilatı ilə İrəvan arasındakı münasibətlərdə barədə bəyanatını şərh edərkən deyib.
Rusiyalı senator gec-tez Rusiya, Ermənistan və digər KTMT ölkələri arasında mövcud olan fikir ayrılıqlarının öz həllini tapacağına ümid etdiyini bildirib.
"Prezidentimizin irəli sürdüyü mövqeyə sadiqəm. Biz ümid edirik ki, Ermənistanın Rusiya və digər KTMT üzvləri ilə olan bu fikir ayrılıqları gec-tez keçəcək. Mən sadəcə KTMT-dən başqa, xarici təhlükə yarandıqda Ermənistanın təhlükəsizliyini kimin təmin edə biləcəyini görmürəm", - Cabarov izah edib.
O, aydınlaşdırıb ki, amerikalılar çətin ki, Ermənistan üçün Rusiyanı və digər KTMT ölkələrini əvəz edə bilsinlər. Senator Moskva əvəzinə Vaşinqtonla münasibətlər qurmağa çalışan Ukraynanı misal çəkib.
"Rusiyanı və ya digər KTMT ölkələrini, kim əvəz edəcək, amerikalılar? Ukraynada ölkəmizi necə əvəzlədiklərini görürük. Yoxsa Afrikadan qaçan fransızlar? Düzünü desəm, düşünürəm ki, bu vəziyyət düzələcək. Ümid edirəm ki, münasibətlərimizdə sağlam düşüncə üstünlük təşkil edəcək. Rusiya Ermənistan xalqının yeganə sadiq dostu olub, indi də bu belədir və yaxın gələcəkdə də bu belə olacaq", - deyə Cabarov fikrini yekunlaşdırıb.