Sərbəst güləş millimiz Fərdi Dünya Kubokunda üçüncü oldu

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kuboku başa çatıb.

Xeber-ps.com-ın xəbərinə görə, Əhmədnəbi Qvarzatilov (-61 kq) gümüş və Hacı Əliyev (-65 kq) bürünc medal qazanıb.

Bununla da pandemiya üzündən ilk dəfə keçirilən Fərdi Dünya Kubokunda heç bir millimiz qızıl medal qazana bilməyib.

Bununla belə, bir gümüş və bir bürünc medal qazanan sərbəst güləş yığmamız komanda hesabında 91 xalla üçüncü yeri tutub.

Rusiya 210 xalla birinci, Türkiyə isə 104 xalla ikinci pillədə yer alıb.

Qeyd edək ki, bu, Olimpiya çempionu Namiq Abdullayevin baş məşqçi kimi ilk sınağı idi.

Səbuhi Musayev

0.4603259563446