ABŞ 2024-cü ildə evsizlərin sayına görə rekord qıra bilər

ABŞ-də evsizlərin sayı 2024-cü ilin sonuna qədər 653 mini keçə bilər və bununla da yeni rekord müəyyənləşə bilər.

Xeber-ps.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

Nəşrin qeyd etdiyi kimi, küçələrdə yaşayanların sayı artıq 550 min nəfərə çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. Bu rəqəm artmaqda davam edir və ilin sonuna qədər 653 000 evsizin 2023-cü il rekordunu üstələyəcəyi gözlənilir.

Qəzet bu böhranın səbəbləri arasında miqrant axını, mənzil alqı-satqısı və kirayə qiymətlərinin artması, həmçinin fentanil epidemiyasını önə çəkir.

0.4580249786377