Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə aeroport şosesinin Suraxanı rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Əvvəlcə "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkət edən "Nissan" markalı maşına çırpıb.
Nəticədə maşınlara çox ciddi ziyan dəyməyib.
Lakin eyni istiqamətdə olan "Mercedes" markalı digər avtomobil yüksək sürətlə qəzaya uğramış maşınlara çırpılıb.
Ardı ilə digər "Hyundai" və Chevrolet" markalı maşınlar da qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıblar.
Avtoqəza zamanı "Opel"in sürücüsü hadisə yerində ölüb.
Qəza ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.