Bakıda beş yaşlı uşaq binadan yıxılıb

Bakının Sabunçu rayonunda beş yaşlı uşaq binadan yıxılıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Əli Tahir oğlu İsmayılov binanın ikinci mərtəbəsindən yıxılıb.

Ə. İsmayılov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

0.42062878608704