Maradonanın cəsədindən DNT analizi götürəcəklər

Mərhum futbol nəhəngi Dieqo Maradonanın cəsədindən atalıq testi üçün DNT analizi götürüləcək.

“Reuters Sport” xəbər verir ki, Argentina məhkəməsi artıq bu barədə qərar verib.

Maradonanın vəkili əvvəllər “Reuters” agentliyinə DNT nümunələrinin onsuz da mövcud olduğunu bildirsə də, məhkəmə onun cəsədinin sonradan yandırılmamasına qərar verib. Çünki bu, atalıq testinin müəyyən edilməsi üçün lazım olacaq.

Rəsmi məlumatlara görə, keçmiş futbolçunun beş övladı var. Bundan başqa altı nəfər onun övladı olduğunu iddia edir.

Onlardan biri, 25 yaşlı Maqali Hill iki il əvvəl bioloji atasının Maradona olduğunu öyrəndiyini deyib.

Keçən ay ürək tutmasından ölən Maradona 26 noyabrda Buenos-Ayres yaxınlığındakı bir qəbristanlıqda dəfn edilib.

0.52723908424377