Suriya əhalisi ordunun şəhər mərkəzinə daxil olmasını gözləyir.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Sosial şəbəkələrdə paylaşılan videoya görə, Həma əyalətində yerli sakinlər müxalifət qüvvələrinin - Azad Suriya Ordusunun şəhər mərkəzinə daxil olmasını gözləyirlər.
Məlumata görə, yerli mənbələr Bəşər Əsəd hökumətinə bağlı bir sıra mühüm hərbi və siyasi liderlərin və İranın dəstəklədiyi silahlı qruplaşmaların şəhəri tərk etdiyini təsdiqləyiblər.