Konqo Demokratik Respublikasında (KDR) 2024-cü ilin noyabr ayında naməlum xəstəliyə yoluxma nəticəsində 143 insan dünyasını dəyişib.
Xeber-ps.com xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən yazır.
Kvanqo əyalətinin vitse-qubernatoru Remi Saki və yerli səhiyyə direktoru Apolliner Yumbanın sözlərinə görə, xəstələrdə yüksək hərarət və şiddətli baş ağrısı da daxil olmaqla oxşar simptomlar müşahidə olunur.
Səhiyyə işçiləri nümunələr toplamaq üçün yoluxmuş əraziyə göndərilib.
Bildirilir ki, xəstəliyə yoluxanlar dərman çatışmazlığı səbəbindən ölür, xəstələrin sayı isə artmaqda davam edir.
Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin vəziyyətdən narahat olduğunu və naməlum xəstəliyi öyrənmək üçün Konqo hakimiyyəti ilə birlikdə işlədiyini bildirib.