Ərdoğan G20 liderlərinin sammiti üçün Braziliyaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18-19 noyabr 2024-cü il tarixlərində Rio-de-Janeyroda keçiriləcək G20 liderlərinin 19-cu sammitində iştirak etmək üçün Braziliyaya səfər edəcək.

Xeber-ps.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, sammit çərçivəsində prezident G20 liderleri, eləcə də digər dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.

0.11635112762451