Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) altıncı günündə Yaşıl Zonada "2024 İqlim Elmi Olimpiadası: Gənclərin innovativ ideyalarının təqdiri" adlı tədbir keçirilib.
Xeber-ps.com xəbər verir ki, tədbirdə Cek Kul, Morgan Koul və Dip Şanmuqam çıxışlar edərək olimpiada haqqında məlumat verib, müxtəlif müzakirələr ediblər.
"İqlim Elmi Olimpiadası Mərasimi 2024-cü ildə dünyada 37.5 min gənci və 2021-ci ildə yarandığı gündən etibarən 150 mindən artıq gənci özündə birləşdirən iqlim müsabiqəmizdə önə çıxan 3 ən yaxşı həll yolunu nümayiş etdirib" - deyə bildirilib.
Qeyd edək ki, təqdimat "Ted-Talk" üslubunda keçirilib.
Xanım Aydın