"Qalatasaray"ın hücumçusu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Nara ilə bağlı yaranan problem nəticəsində məhkəmə qarşısında ifadə verəcək.
Xeber-ps.com xəbər verir ki, bu barədə jurnalist Anxel de Brito məlumat yayıb.
Onun sözlərinə görə, ulduz futbolçu təqib və hədə-qorxu davranışlarından çəkinməli olmasına dair bildiriş alıb.
Forvard noyabrın 15-də Buenos-Ayresdəki 106 saylı mülki məhkəməyə çıxmalı və ifadə verməlidir.
Qeyd edək ki, daha öncə "Qalatasaray" rəsmiləri Mauro İkardinin polis tərəfindən saxlanılması xəbərini yalanlamışdılar.