Bunu baş prokuror Kamran Əliyev "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyada deyib.
Xeber-ps.com bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir.
Onun sözlərinə görə, Azərbaycanda da öz növbəsində ekoloji cinayətlərə qarşı ciddi sanksiyalar tətbiq olunur:
"Ekologiyanın mühafizəsinə qarşı ciddi tədbirlər görülməkdədir. Biz və həmkarlarımız mina ilə çirklənmiş ərazilərə 200-dən çox ağac əkdik. Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə də ekoloji cinayətləri, dəyən zərəri araşdırırıq. İqlim tədbirləri çərçivəsində gələcək nəsillər üçün birgə çalışmaq lazımdır".
Daha çox foto burada: PhotoStock.az