İspaniyanın şərqindəki Valensiya muxtar icmasında oktyabrın sonunda baş verən daşqınlar nəticəsində 12 ölkənin vətəndaşı həlak olub.
Xeber-ps.com TASS-a istinadən xəbər verir ki, bu barədə Krallığın Məlumat İnteqrasiya Mərkəzi məlumat yayıb.
Mərkəzin Valensiya Ali Məhkəməsinin "X" hesabında paylaşdığı press-relizdə qeyd olunub ki, təbii fəlakət nəticəsində həlak olmuş 216 insanın qalıqlarının təhlili aparılıb. Bildirilir ki, onların təxminən yarısı 70 yaşdan yuxarı insanlardır.
Ölənlər arasında İspaniya vətəndaşlarından başqa, daha 11 ölkədən 26 əcnəbi də var. Təbii fəlakətin qurbanları arasında Rumıniyadan doqquz, Çindən dörd, Mərakeşdən dörd, Böyük Britaniyadan isə iki nəfər yer alır. Bundan əlavə, həlak olanlar arasında Venesuela, Kolumbiya, Niderland, Paraqvay, Tunis, Ukrayna və Ekvadordan olan vətəndaşlar da var.