BKS-də müəmma - Kosmosda ilişib qalan ikinci astronavtın da vəziyyəti pisləşdi

Yeddi günlük səfər planlaşdırsalar da, 2025-ci ilə kimi Beynəlxalq Kosmik Stansiyada (BKS) ilişib qalan ekipajın digər üzvünün də səhhətində problemlər yarandığı barədə şaiyələr yayılıb.

Xeber-ps.com-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" NASA-dan olan mənbəyə istinadla xəbər verib.

Bundan əvvəl bəzi insayderlər astronavt çəkisini kəskin şəkildə itirməsi barədə məlumat yaymışdılar. İndi isə iddia olunur ki, Barri (Butç) Uilmor da kəskin şəkildə arıqlayıb.

Mənbədən bildirilib ki, çəki itkisi digər astronavt qədər ciddi görünməsə də, həkimlər onun sağlamlıq vəziyyətini diqqətlə izləyirlər.

Onun kosmosda qaldığı müddətdə nə qədər çəki itirdiyi açıqlanmayıb.

Xatırladaq ki, Butç Uilmor və Sunita Uilyamsın iştirakı ilə kosmik missiyanın ilkin olaraq təxminən bir həftə davam etməsi planlaşdırılırdı. Lakin stansiya ilə birləşmə zamanı gəmidə mühərrik problemi və ardınca helium sızması baş verib. Aşkar edilmiş nasazlıqları aradan qaldırmaq mümkün olmayıb vı ekipajın BKS-də qalma müddəti uzanıb. NASA "Starliner" daşıyıcısının ekipajsız Yerə qayıtması qərarına gəlib. Uilmor və Uilyams isə Yerə qayıtmaq üçün "SpaceX" şirkətinin "Crew Dragon" gəmisinin gəlişini BKS-də gözləməlidirlər. Missiya 2025-ci ilə planlaşdırılıb.

0.092159986495972