Vyetnamda milyarder qadına ölüm hökmü verildi

Vyetnam Ali Xalq Məhkəməsi ölkənin ən varlı qadınlarından biri olan Çıonq Mi Lanın dələduzluq işi üzrə apellyasiya şikayətini rədd edib. Ona əvvəlcədən ölüm hökmü çıxarılmışdı.

Xeber-ps.com bu barədə "Ostorojno, novosti" "Telegram" kanalına istinadən xəbər verir.

"Çıonq Mi Lanın əməllərindən dəyən ziyan böyükdür və son dərəcə ciddi nəticələrə malikdir... Cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas yoxdur", - deyə Hoşimin məhkəməsinin qərarında bildirilib.

Xatırladaq ki, aprel ayında Lan 12.3 milyard dollar mənimsəmədə, məmurları ələ almaqda və kreditləşmə qaydalarını pozmaqda təqsirli bilinib.

Hazırda Lan birinci iş üzrə ölüm cəzasına, ikinci iş üzrə isə ömürlük həbs cəzasına məhkum edilib. Məhkəmə onun əməllərindən dəyən ümumi ziyanı təxminən 27 milyard ABŞ dolları həcmində qiymətləndirib.

0.071106910705566