Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Araz-Naxçıvan" klubu "Mingəçevir"i qəbul edib.
Xeber-ps.com xəbər verir ki, sürətli hücumlarla başlayan görüşdə hesab erkən qolla açılıb.
Əvvəlcə Ülvi İsgəndərov komandasını qələbəyə ruhlandırıb. Ardınca Benni fərqi ikiyə yüksəldib - 2:0.
Fasilədən sonra da üstünlüyünü davam etdirən Naxçıvan təmsilçisi rəqibi yenidən meydanın mərkəzinə dəvət edib. 66-cı dəqiqədə Sezar Mezakolli dəqiq oynayıb. "Mingəçevir" klubu buraxılan qollardan yalnız birinin əvəzini çıxıb. Elvin Əsgərov 79-cu dəqiqədə fərqi ikiyə endirib.
Xatırladaq ki, "Araz-Naxçıvan" 1/4 final mərhələsində "Zirə" - "Şamaxı" cütünün qalibi ilə qarşılaşacaq. Bu görüş dekabrın 4-də saat 19:00-da Zirə Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, bu gün daha bir dörddəbir finalçı bəlli olub. "Səbail" klubu "Qaradağ Lökbatan"la görüşdə 2:0 hesabı ilə qalib gəlib. "Səbail" növbəti turda "Qəbələ" - "Qarabağ" görüşünün qalibi ilə qarşılaşacaq.
Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"la qarşılaşan "Səbail" rəqibini iki cavabsız qolla məğlub edib.
Xeber-ps.com xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan görüşdə əsas hadisələr fasilədən sonra baş verib.
Əvvəlcə Emin Rüstəmov 52-ci dəqiqədə sükutu pozub. 10 dəqiqə sonra meydana çıxan Nihad Quliyev fərqi 2-yə yüksəldib.
Qeyd edək ki, "Səbail" 1/4 final mərhələsində "Qəbələ" - "Qarabağ" cütünün qalibi ilə qarşılaşacaq. Bu görüş dekabrın 4-də saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə "Lökbatan" - "Səbail", "Araz-Naxçıvan" - "Mingəçevir", "Turan Tovuz" - "Sabah" görüşləri ilə start veriləcək.
Xeber-ps.com xəbər verir ki, "Lökbatan" "Səbail"i saat 15:00-da, "Araz-Naxçıvan" "Mingəçevir"i 16:00-da, "Turan Tovuz" isə "Sabah"ı 18:00-da qəbul edəcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin növbəti görüşləri sabah - dekabrın 4-də keçiriləcək. "Qəbələ" "Qarabağ"ı, "Kəpəz" "İmişli"ni, "Neftçi" "Difai Ağsu"nu, "Sumqayıt" MOİK-i, "Zirə" isə "Şamaxı"nı qəbul edəcək.