Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, insident Mingəçevir şəhər V.Hüseynov küçəsindəki parkda qeydə alınıb.
2002-ci il təvəllüdlü Fərid Aleksandryeviç Antipov övladını attraksiona mindirmək istəyərkən həmin qurğuları istismar edən Araz Cəfərli ilə mübahisə yaranıb. Nəticədə F.Antipov münaqişə zəminində onu bıçaqlayıb.
Qarın və döş qəfəsi nahiyəsindən ağır xəsarətlər alan 31 yaşlı A.Cəfərli xəstəxanaya yerləşdirilib. Fərid Antipov isə saxlanılıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.