Polşa Rusiya ilə sərhəddə müdafiə məqsədli istehkam xəttinin tikintisinə başlayıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
"Şərq Qalxanı"nın tikintisinə başlandı! Rusiya ilə sərhəddə ilk işlərə start verilib", - Donald Tusk qeyd edib.
Xatırladaq ki, Polşa ilə Rusiyanın Kalininqrad vilayəti həmsərhəddir.