C/2024 S1 (ATLAS) kometi Günəşə yaxınlaşdıqdan sonra LASCO C2 kosmik koronaqrafının təsvirlərindən itib ki, bu da onun məhv olduğunu göstərir.
Xeber-ps.com xəbər verir ki, bu barədə TASS-a astronom, Rusiya Elmlər Akademiyasının Tətbiqi Riyaziyyat İnstitutunun elmi işçisi Leonid Yelenin məlumat verib.
Komet 27 sentyabr 2024-cü ildə Havayda ATLAS layihə teleskopu vasitəsilə kəşf edilib. Oktyabrın 28-də o, Günəşə yaxınlaşdıqdan sonra buxarlanıb.
Bildirilir ki, səma cismi Günəşin yüksək temperaturunun təsiri altında məhv olub.