Əvvəlki araşdırmalar göstərib ki, öz fikirlərini fəal şəkildə ifadə edən işçilər vəzifədə daha çox yüksəlirlər. Bütün işçilərin öz sözünü demək imkanı olduqda isə şirkətin məhsuldarlığı artır.
Yeni araşdırma ilə tədqiqatçılar müəyyən ediblər ki, depressiya işçilərin fikir bildirmələrinin mənasız olduğunu düşünmələrinə səbəb olur.
Xeber-ps.com xəbər verir ki, araşdırmanın nəticələri "The Conversation"da dərc edilib.
Alimlər düşünürlər ki, depressiya (daimi kədər hissi və maraq itkisi) və həyəcan (özünə qarşı şübhə və daimi narahatlıq hissi) işçinin mühüm vəziyyətdə səssiz qalması riskini artırır. Depressiya insanları danışmağın faydasız olduğunu, həyəcan isə bunun həmkarların mənfi reaksiyalarına səbəb olacağını düşünməyə vadar edir. Bu hallar daha çox yayılmağa başlayıb: işçilərin 20%-dən çoxu depressiya və həyəcan diaqnozu əlamətləri barədə bildirirlər.
Bu hallarda əsas çıxış yolu insanın təqdir edildiyini bilməsidir. İşçinin fikrini qəbul etmək və dəstəkləmək onların fikir bildirməyin riski və mənasız olması ilə bağlı anlayışı yox edir, həmçinin depressiyanın əlamətlərini yüngülləşdirir. Bunu 136 sorğu iştirakçısının təhlili göstərib.
Qeyd edək ki, şirkət işçilərinin deyəcək sözləri olduğu halda susması 2019-cu ildə Efiopiyada "Boeing 737 MAX" təyyarəsinin və 1986-cı ildə "Challenger" kosmik gəmisinin qəzaya uğramalarına səbəb olub.