Ucarda ağır QƏZA: Üç ölü, bir yaralı

Ucar rayonunda üç nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili Gəncə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. Zərbənin təsirindən avtomobildən yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.

Ağır xəsarət alan 2007-ci il təvəllüdlü Səma Vüqar qızı Qüddəsərova əvvəlcə Ucar Rayon Mərkəzi Xəstəxanasına daha sonra isə vəziyyəti ağır olduğundan Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

Rayonun hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

0.072085857391357