"Samsunspor" - "Fənərbağça" oyunu bərabərliklə bitdi

Türkiyənin Trendyol Süper Liqasının 9-cu turunda "Samsunspor" və "Fənərbağça" üz-üzə gəlib.

Xeber-ps.com xəbər verir ki, Samsunun "19 Mayıs" stadionunda keçirilən görüşü Muhammet Ali Meteoğlu idarə edib, VAR-ın kürsüsündə isə Atilla Karaoğlan əyləşib.

Matçın ilk hissəsi qolsuz başa çatıb. İkinci hissədə isə hər iki komanda fəal oyun nümayiş etdirib. 54-cü dəqiqədə Dusan Tadiç "Fənərbağça"nı önə keçirib. "Samsunspor" 49-cu dəqiqədə Karlo Holsenin qolu ilə hesabı bərabərləşdirib. Ancaq çox keçmədən 62-ci dəqiqədə Allan Saint-Maximin rəqib qapısından ikinci topu keçirdi və "Fənərbağça" yenidən atdığı qolla önə keçib - 2:1.

Matçın sonlarına doğru isə təcrübəli yarımmüdafiəçi Soner Aydoğdu 88-ci dəqiqədə "Samsunspor"u xilas edib və oyun 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu görüşdən əvvəl "Samsunspor" 18, "Fənərbağça" isə 16 xala malik idi. Heç-heçə nəticəsindən sonra "Samsunspor" xalını 19-a, "Fənərbağça" isə 17-yə yüksəldib.

0.070385932922363