Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu, 2 aprel küçəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Şamil Nəbiyev küçədə dava zamanı bıçaqlanıb.

Yaralı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər görülür.

0.10157704353333