İstanbul-Təbriz reysində sərnişinləri Azərbaycan dilində salamladılar

Təbriz Hava Yollarının İstanbul-Təbriz reysindən maraqlı görüntülər yayılıb.

Xeber-ps.com xəbər verir ki, kadrları "Azad İran" "Telegram" kanalı yayıb.

Təyyarədə sərnişinlərin Azərbaycan dilində "xoş gəldiniz" ifadəsi ilə qarşılanması diqqət çəkib.

Qeyd edək ki, ötən həftə Tehran-Təbriz reysində təyyarə bələdçisinin sərnişinləri "xoş gəldiniz" ifadəsi ilə qarşılaması qalmaqal yaratmışdı.

0.064105033874512