Azərbaycanda zəlzələ olub

Samux rayonunda zəlzələ olub.

Xeber-ps.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Gəncə stansiyasından 34 km şimal-şərqdə, 3 maqnituda ilə qeydə alınıb.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib, təbii hadisə hiss olunmayıb.

0.13067817687988