Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi bərpa olunub.
Xeber-ps.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Qeyd edək ki, Zığ dairəsi-Hava Limanı yolunda əlverişsiz hava ilə əlaqədar sürət həddi dünən endirilmişdi.