Bakıda ağır qəza baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya bildirilib ki, sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli Qəsəbəsi ərazisində vətəndaş G.İsayeva idarə etdiyi "Toyota" markalı avtomobilin idarə etməsini itirərək marketlərdən birinə çırpılıb.
Nəticədə marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma davam etdirilir.