Superkompüter İngiltərə Premyer Liqasında cari mövsümün çempionunu açıqlayıb

Britaniyanın "Opta" analitika şirkətinin superkompüteri cari mövsümdə "Liverpul"un İngiltərə Premyer Liqasının cari mövsümünün qalibi olacağını proqnozlaşdırıb.

Xeber-ps.com xəbər verir ki, "qırmızılar"ın İngiltərə çempionu olma ehtimalı 69.5%-dir. "Opta" qeyd edib ki, "Mançester Siti"nin bu turdakı məğlubiyyəti, "Liverpul"un isə qələbəsi Arne Slotun komandasının şansını 9.2% artırıb.

Xosep Qvardiolanın komandasının mövsümü birinci yerdə bitirməsi ehtimalı getdikcə daha da əriyərək 23.3%-ə düşüb:

"Şəhərlilər"in şansları azalır. 2024-25 mövsüm başlamazdan əvvəl 82.2%-dən 11-ci tur sonunda 34.3%-ə düşən göstərici indi "Opta" superkompüterinin son simulyasiyalarında 23.3%-ə enib. Bu, 11% azalma deməkdir".

Bundan başqa, superkompüter "Arsenal"ın şansını 6.5% (+1.5%), "Çelsi"nin isə 0.6% (+0.3%) qədər dəyərləndirib.

Şirkət vurğulayıb ki, superkompüter mövsümü 10 000 dəfə modelləşdirir və hər komandanın titulu qazandığı bu simulyasiyaların payını hesablayır.

0.091431856155396