İqtisadiyyat naziri: "Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilir"

"Cari ilin oktyabr ayında Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının artım tempini cari və növbəti ildə 3.2 faiz səviyyəsində proqnozlaşdırır. Azərbaycan iqtisadiyyatı isə həm son illərdə, həm də cari ildə dayanıqlı inkişaf nümayiş etdirir".

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin noyabrın 25-də keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 2024-cü il nəzərə alınmaqla 2019-2024-cü illərdə ölkədə real ümumdaxili məhsulun 14.4 faiz, qeyri-neft qaz sektorunda isə real ümumdaxili məhsulun 1.3 üç dəfə artması gözlənilir.

"Adambaşına düşən ümumi daxil məhsul COVID-dən əvvəlki dövrdə, 2019-cu ildə təxminən 4850 dollar təşkil etdiyi halda, 2024-cü ilin yekunu üzrə bu göstəricinin 7200 dollar ətrafında olacağı gözlənilir", - deyə nazir əlavə edib.

0.19089221954346