Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Xeber-ps.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən metronun "Xalqlar Dostluğu" stansiyası istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.